top of page

Böyrək

Böyrək

Böyrəklər - insan orqanizmində əsas assenizator və filtirdir; onlar sidiyə qanda və toxumalarda yığılan müxtəlif zərərli və artiq maddələri adsorbsiya edirlər. Tutqun rəngdə, paxla şəklində cüt vəzdir. Böyrəklər qarın boşluğunun arxa divarında bel nahiyyəsində yerləşir. Onların orta hesabla uzunluğu 10-12 sm, eni 6 sm və qalınlığı 3-4 sm-dir. Orta çəkisi 120 qramdır. Xarici səthi hamardır. Hər böyrəyin basıq tərəfindən bir ədəd nazik sidik axarı çıxır. Böyrəklərin işi[redaktə Sutka ərzində böyrəklərdə orta hesabla 1800 litr qan keçir və bunun nəticəsində təxminən 1,5 litr sidik əmələ gəlir. Böyrəklərdə sidiyin əmələ gəlməsi prosesi onun xarici qatında olan kapsullardan başlayır. Kapilyar damarlarına qan gətirən xırda arteriyalar bunlardan çıxan kiçik damarlardan enlidir. Odur ki, yumaqcıqlarda qan təzyiqi yüksək olduğundan, qan plazmasının tərkibində olan maddələr kapilyarların nazik divarından sıxılıb çıxarılır,yəni süzülərək kapsullara tökülür. Mayenin kapsullara süzülməsi onun təzyiqi bərabərləşənədək davam edir. İlk sidik belə əmələ gəlir. İlk sidik qan plazmasında çox az fərqlənir. Onun tərkibində dissimilyasiya məhsullarından başqa amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa birləşmələrdə də olur. İlk sidiyin tərkibində zülallar olmur. İlk sidik kapsullardan sidik borucuqlarına ötürülür. Burada o, arasıkəsilmədən dolanbac sidik borucuqlarından keçir. Sidik borucuqlarının divarlarını əmələ gətirən epitel hüceyrələri fəal işləyərək ilk sidikdən çoxlu miqdar da su və orqanizmə lazım olan bütün maddələri sorur. Sonra həmin maddələr epitel hüceyrələrindən keçib sidik borucuqlarını bürüyən kapillyarlar şəbəkəsindən qana qayıdır. Beləliklə, böyrək epiteli hüceyrələri böyük iş görür. Son sidik, sidik borucuqlarında əmələ gəlir. Son sidikdə amin turşuları, qlükoza və orqanizmə lazım olan başqa maddələr olmur.İlk sidikdən suyun təqribən 96%-i qana sorulur. Son sidikdə sidik cövhərinin miqdarı təqribən təxminən 66 dəfə artır.Həmçinin, digər, lazımsız maddələr miqdarıda çoxalır.

bottom of page