top of page

Qaraciyər

Qaraciyər

Qaraciyər (yun. hepar, lat. jecur) İnsanda uyunsov dördbucaq şəklində, yastı və tutqun qırmızı rəngdə və 1500 qram ağırlığındadır. Qaraciyər asan kəsilir və didilir; ona görə çox vaxt yüngül bir təzyiqdən və ya zədədən tez parçalanır. Bədəndən çıxarılmış qaraciyər yumuşaq olduğu üçün öz şəklini itirir. Qaraciyərin vəzifəsi Qaraciyərin vəzifəsi çox müxtəlifdir. birinci növbədə o, vəzi olduğu üçün məhsul – öd və sidik cövhəri ifraz edir. Məlum olduğu kimi öd onikibarmaq bağırsağa tökülüb həzm prosesi zamanı sərf olunur. Sidik cövhəri əvvəlcə qana keçir və sonra buradan böyrəklər vasitəsilə sidiyin tərkibində xaric olur. qapı venası qanı ilə qaraciyərə gələn karbohidratlar burada nişasta halında ehtiyat bir məhsul kimi saxlanılır və sonra bədənə lazım olduqca üzüm şəkəri halında qana buraxılır. bundan əlavə qaraciyərdə rüşeym dövründə qırmızı qan kürəcikləri hasil olur, beləliklə o, qanyaradıcı vəzifə ifa edir. Qaraciyər mühafizə vəzifəsini də daşıyır – kapillyarlarının endotel hüceyrələri (Kupfer hüceyrələri) retukul-endotel sistemə aid olub faqositoz vəzifəsini görür (bağırsaqlardan qana süzülmüş və maddələr mübadiləsindən sonra hasil olmuş zəhərli maddələri zərərsiz hala keçirir.) Qaraciyərin endokrin (daxili sekresiya) vəzifəsi də qeyd olunur. Yenidoğulmuşlarda qaraciyər yetişmiş şəxslərə nisbətən çox böyük, nisbi çəkisi isə 3-4 dəfə artıq olur. Yetişmiş şəxslərdə bədən çəkisinin 1/50-ə bərabər olduğu halda yenidoğulmuşda bu nisbət 1/20 olur. Yeni doğulmuşun qaraciyərinin çəkisi 150 q-dır. Xüsusən sol pay artıq inkişaf etmiş olur. Rüçeym həyatının iki aylığında hər iki pay bərabər olur. Topoqrafik cəhətcə ön kənarı lat. linea mamillaris dextra – sağ məmə xətti üzərində qabırğa qövsündən 2.6-3,8 sm aşağı çıxır, deləki qarın boşluğunun çox hissəsini tutmuş olur. Yenidoğuluşda qaraciyər xeyli mütəhərrik olur; kütləsi yumuşaq və damarlarla zəngindir, quruluşunun paylı olması bir o qədər də nəzərə çarpmır. Qocalarda qaraciyərin kütləsi sərtləşir, çəkisi azalır və topoqrafik cəhətcə bir qabırğa aşağı enir. Yeni doğulmuşda öd kisəsi iyə bənzəyir, sanki uzununa dartılmış olur; sonralar armud şəklini alır. 80% hallarda dibi qaraciyərinön kənarından xaricə çıxır.

bottom of page