
AZƏRBAYCANDA ORQAN NƏQLİ OLMUŞ VƏ HEMODİALİZDƏ OLAN İNSANLARIN FOTOALBOMU


21.05.2017 NEFRON qrupunun görüşü


Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun beş aydan sonra doğum gününə təsadüf etmiş,səhnədə oynadığı ZƏNG adlı mono tamaşadan NEFRON qrupuna xatirə fotosu

1 İyun Dünya Uşaqlarının Müdafiəsi Günü ilə əlaqədar olaraq NEFRON qrupunun üzvü Rzalı Nərmin xanım ƏSMİD İctimai Birliyinin dəstəyi ilə Sumqayıt şəhərində yaşayan Azərbaycanda şəhid və əlil ailələrin övladları ilə görüş təşkil edərək xeyir işə xəsilə olmuşdur

Azərbaycanda Böyrək və Qaraciyər Nəqlindən sonra ana olmuş vətəndaşlarımız



2017 -ci ilin iyun ayında İspaniyanın Malağa şəhərində Orqan köçürənlərin Olimpia yarışlarında NEFRON qrupunun iki üzvü Qasımov Sahil və Rüstəmov Arif Azərbaycan Respublikasını Masaüstü Tennis yarışlarında təmsil edəcəklər
Azərbaycan Dövlet Kukla Teatrının aktyoru RƏHİM RƏHİMOV 5-ci "ORTEKE" Festivalında Qurban Məsimovun "ZENG "MONO TAMAŞASI İLƏ FESTİVALIN ƏN YAXŞI AKTYORU SEÇİLDİ.Quruluşçu Rejissor Qurban Məsimov Quruluşçu rəssam Rəvanə Yaqubova .Bütün kollektivi təbrik edirik.


1987-ci ildə Dünya Transplant Oyunları Federasiyası (World Transplant Games Federation) rəsmi olaraq yaradılmışdır. Oyunlarda 4 yaşından 80 yaşına kimi hər kəs iştirak edə bilər. Azərbaycandan ilk dəfə iki nəfər Qasımov Sahil və Rüstəmov Arif, hazırda bizim ölkənin rəsmi olaraq DTOF-nın üzvü olmadızğından qardaş Türkiyə heyətində bu yarışlarda iştirak edirlər. Onların hər ikisi 1-2 il əvvəl Mərkəzi Neftçilər Xəstəxənasında Dr. Mircəlal Kazımı tərəfindən böyrək transplantasiyası olunmuşdurlar. Onların hər ikisinin idmanın ayrı-ayrı sahələrində bu zamana qədər yüksək nəticələri var. basketbol yarışlarında idmançıarımız komanda olaraq bürünc medal qazanıblar. Stolustu tennis yarışında Sahil Qasımov 4-cü yeri, Arif Rüstəmov isə 5-ci yeri tutub. Həmçinin, basketbol yarışlarında ən çox qaçan 3-cü yarışmaçı adını da Arif Rüstəmov qazanıb.



Dəyərli qrup üzvlərimiz Sahil Qasımov ve Arif Rüstəmovu qazandıqalrı qələbə munasibəti ilə təbrik edirik! Hörmətli İntizar Məmmədova-nın oyunların təşkili, tarixi, prinsipləri, bizim atletlerin iştirakını eks etdiren geniş məqaləsi "Millətçilik" qəzetində işiq üzü gördü. Məqalədə eləcə de bizim həkimlərimiz Mircəlal Kaziminin, Nefroloq Elnur Fərəcovun və Eldar Əhmedovun bu sahədə fəaliyyəti isiqlandırılıb!

NEFRON qrupunda yaradılmış qrupun öz daxili ehtiyaclarını ödəyəcək vəsait fondu ay-ba-ay artmaqdadır.Fondun irəlləməsində dəstəyi olan bütün insanlara dərin təşəkkürümüzü bildiririk.

NEFRON qrupunda dərman ehtiyyatı bazası yaradılıb. Bu dərman bazası, gələcəkdə qrup üzvlərinin dərman preparatlarının təmini ilə əlaqədar olaraq rastlaşacaqları çətinliklər zamanı problemin anında və təmənnasız aradan qaldırılacağına vəsilə olacaq.
KİDNEY & LİVER qrupunun rəhbəri Məmmədova İntizar xanımın təşəbbüsü

Protatip Hemodializ aparatı




ABŞ alimləri yeni protatip hemodializ aparatının sınaq və təkmilləşdirilməsi üzrə işlərə başlamışlar
Ev heyvanları üçün Hemodializ mərkəzi

ABŞ və Avropa ölkələrində ev heyvanları üçün hemodializ mərkəzləri mövcuddur

YENİ HEMODİALİZ APARATLARI



YENİ MOBİL HEMODİALİZ APARATLARI


YENİ SÜNİ BÖYRƏKLƏR




ABŞ lobaratoriyalarında yetişdirilən süni damarlar


Yaponiya alimlərinin yetişdirdiyi süni sidik kisəsi


Tibb sahəsində cərrahiyyə əməliyyatları üçün yaradılan yeni dəzgah cihazı
17 yaşlı Kanada da yaşayan erməni əsilli Ani Poqaryan bu yaşında hən ölçü cəhətdən həm qiymət baxımından qat qat adi stasionar Hemodializ aparatından daha sərfəli Hemodializ aparatı icad etmişdir.Adi stasionar aparatın satış qiyməti 30.000 AZN olduğu halda bu aparatın qiyməti cəmi 500 ABŞ dollari təşkil edir.Yeni Hemodializ aparatının yaradılması tibbde və gündəlik mediada cox boyük ajataj yaratmışdır.Şagirdin dediyinə görə bu aparatı yaratmaq həvəsi xəstəxanaların birində olduğu zaman böyrək çatışmazlığından əziyyət çəkən xəstələri gördükdən sonra yaranıb.



Yaqub Məmmədov Vaqif
06.02.1985 - ci ildə Tovuz rayonu, Aşağı – Quşçu kəndində anadan olub. 2002 - 2006 - cı illərdə Bakı Dövlət Universiteti Tarix fakultəsində bakalavr, 2006-2008 - cillərdə magistir təhsili almış, hər iki mərhələni fərqlənmə diplomu ilə bitirmişdir. 2011 - hal hazırki vaxta qədər Azərbaycan Milli Elimlər Akademiyası (AMEA), Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi işçi vəzifəsində çalışır. Bu illlərdə eyni zamanda dissertant olaraq "Cənubi Qafqazın paleoantropoloji tədqiqi" mövzusu üzrə tədqiqat aparmış (hazırda tamamlanan elmi iş ikinci müzakirədədir). Ayrı - ayrı ye elmi jurnallarda 20 dən cox məqalə çap etdirib, bir neçə konfrans və simpozyumda mövzuya dair çıxış edib.
file:///C:/Users/win7/Desktop/M%C9%99mm%C9%99dov-Y.-V.-Erk%C9%99n-Tunc-D%C3%B6vr%C3%BC-C%C9%99nubi-Qafqaz-%C6%8Fhalisinin-Paeoantropoloji-T%C9%99rkibi.pdf
file:///C:/Users/win7/Desktop/M%C9%99mm%C9%99dov-Y.-V.-C%C9%99nubi-Qafqaz%C4%B1n-Da%C5%9F-D%C3%B6vr%C3%BC-Paleoantropologiyas%C4%B1.pdf
file:///C:/Users/win7/Desktop/M%C9%99mm%C9%99dov-Y.-V.Hominoidin-meydana-g%C9%99lm%C9%99si-v%C9%99-yayilmasi-sistemind%C9%99-C%C9%99nubi-Qafqazin-yeri-Dryopithecus-gardziensis.pdf
file:///C:/Users/win7/Desktop/M%C9%99mm%C9%99dov-Y-V-Homo-sapiens-neanderthalensis-meydana-g%C9%99lm%C9%99si-miqrasiyasi-ve-n%C9%99slinin-k%C9%99silm%C9%99si.pdf
Yeni uzunmüddətli immunnosupressant

Advaqraf gün ərzində 1 dəfə qəbul olunur.500 tranplant xəstə üzərinde eynı protokol tətbıq olundu uğurlu nətıcə əldə olundu. .Hal hazırda da o dəsteler eynı protokol ilə davam edırlər
2017-ci il.
Azərbaycanda Böyrək Transplantasiyası keçirmiş insanların bir araya yığışaraq asudə vaxtlarını gözəl görüşlərin birində keçirdikləri an
24.09.2017



1-saylı Tibbi Klinikə Mərkəzdə Böyrək Transplantasiyasi keçirmiş xəstələrin aldıqları dərmanlarla bağlı 01.04.2017-ci il tarixdən davam edən dərman qıtlığı problemi davam edir.





Abdulla Şaiq adına kukla teatrının aktyoru Rəhimov Rəkim Türkiyənin teatr səhnəsində zəng adlı mono tamaşası ilə çıxış edərək tamaşaçıları bir daha heyrətləndirdi

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı Türkiyənin Adana şəhərində baş tutan IV Şəhər Teatrları Görüşü Festivalında iştirak edib. Olaylar bildirir ki, Kukla Teatrı beynəlxalq festivalda "Zəng" adlı mono-tamaşa ilə çıxış edib. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru teatrın baş rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubovadır. Teatrın aparıcı aktyoru Rəhim Rəhimovun ifa etdiyi səhnə işi həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulub. Ailədə valideynlərə olan münasibətdən bəhs edən tamaşa izləyicilərdə valideynləri unutmamaq, onları diqqətdən kənarda saxlamamaq kimi müsbət keyfiyyətlər aşılayır. Adana Şəhər Teatrları İdarəsi tərəfindən təşkil olunan festival çərçivəsində nümayiş olunan tamaşa böyük rəğbətlə qarşılanıb. Hər hansı nominasiyanın olmadığı festivalda iştiraka görə təşəkkür diplomuna, bundan başqa, Adana Şəhər Bələdiyyəsinin xüsusi mükafatlarına layiq görülən yaradıcı heyət növbəti festivala, eləcə də qardaş ölkənin Ankara şəhərində reallaşacaq digər beynəlxalq teatr festivalına müsabiqəsiz iştirak hüququ qazanıb. 18 teatrın təmsil olunduğu festival iki ildən bir baş tutur və şəhərin müxtəlif teatr və sənət mərkəzlərində teatrsevərləri bir araya gətirərək onlara fərqli teatr meyllərini təqdim edir.
Введите сообщение...
NEFRON qrupunun iştirakçıları Akademik Milli Dram Teatrında VƏSİYYƏT adlı tamaşada
05.11.2017





5 Noyabr 2017 - ci il tarixində NEFRON qrupunun üzvləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın dəvəti əsasında “Vəsiyyət” tamaşasına baxıblar. Tamaşa yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesi əsasında səhnələşdirilib. İki hissəli tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Firudin Məhərrəmov, rejissoru Əlif Cahangirli, quruluşçu rəssamı Xalq Rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Səhnə əsərində rolları Əməkdar artistlər Abbas Qəhrəmanov, Mirzə Ağabəyli, Münəvvər Əliyeva, Almaz Amanova, Aslan Şirin, Sevinc Əliyeva, Kazım Həsənquliyev, aktyorlar Rövşən Kərimduxt, Ləman İmanova, Rüstəm Rüstəmov, Elçin Əfəndi, İlahə Həsənova, Fəridə Şahbazova və Ramin Şıxəliyev ifa ediblər. Dövran adlı milyonerin öz yaxınlarına vəsiyyətindən bəhs olunan tamaşada gülüş doğuran hadisələrlə yanaşı, insanları düşündürən, onları düzlüyə, halallığa səsləyən məqamlar da yetərincədir. Tamaşa digər tamaşaçılar kimi qrup üzvləri tərəfindəndə yüksək dəyərlərdirildi. Növbəti aylarda da teatrın repertuarında olan digər tamaşalarıda baxmağı planlaşdırırıq.
NEFRON qrupunun iştirakçıları Bakı Dövlət Sirkində AĞ PƏLƏNGLƏR şousunda


NEFRON qrupunun iştirakçıları Allahverdiyeva Əminə xanımın Transplantasiya olunan boyrəyinin 1 Yaşını qeyd edir

NEFRON qrupunun iştirakçıları Eynullazadə Rüfanə xanımın Transplantasiya olunan boyrəyinin 1 Yaşını qeyd edir

24.12.2017
NEFRON qrupunun iştirakçıları 2017-ci ilde Yeni İl qabağı görüşü Cafe-AzCake

14.01.2018
NEFRON qrupunun iştirakçıları 28 MOLL CinemaPlus-da Təhmin və Zaur filminidə










18.12.2017
NEFRON qrupunun rəhbəri İntizar xanım Məmmədovanın doğum günündə Azərbaycan Respublikasının aparıcı cərrah transplantoloq Səhiyyə Nazirliyinin baş nefroloqu və nefroloqlarının Təşəkkürnamə və qrupu dəstəklədiklərinə dair sənədlərin təqdimati


29.12.2017
NEFRON qrupunun balaca dostları
Rəşid Behbudov adına Dövlət mahnı teatrında keçirilən yeni il şənliyində

26,01,2018
NEFRON qrupunun balaca dostları
Abdulla Şaiq adına Dövlət kukla teatrında keçirilən tamaşada

Nefron ailəsinin kiçik üzvləri ,Yanvar ayinin 26-si, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Qoğal" tamaşasına dəvətli idilər. Tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissorEduard Qaydar, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur. Tamaşada əsas rolları Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Sona Quliyeva Cavid İbrahimov Elnur Xəlilov ifa edib. Yeni quruluşda təqdim edilən tamaşa balacaların xoşuna gəlib.


02,02,2018
NEFRON qrupunun iştirakçıları qrupun 1 Yaşını KOLORİT restoranında qeyd ediblər



Azərbaycanda ilk dəfə, Böyrək transplantasiyası olmuş bütün Azərbaycan vətəndaşlarının cəmləsib həmsöhbət olması, danışıb problemlərini həlletmələri və bu sahədə bir çox yeniliklərdən xəbərdar olması üçün yaradılmış qrup olan NEFRON-un 2 Fevral 2018-ci ildə 1 yaşı tamam oldu. Bu münasibətlə qrup üzvləri 28 MALL da yerləşən KOLORİT cafede bir araya gələrək bu günü qeyd ediblər. Qrupun rəhbəri Məmmədova İntizar çıxışında qeyd edib ki, 02.02.2017ci il, həyatımın çətin anlarından birində, Mərkəzi Neftçilər Xəstəxanasının palatasında qərar verdim qrup qurmağa və qurdum. Məqsədim bütün Azərbaycandaki transplantasiya olmuş, həmdərd insanları bir araya toplamaq. Poblemlərə həll tapmaq. Ortaq sevinclər yaşamaq idi. Dilindən, dinindən, milliyətindən, cinsindən asılı olmayaraq hərkəs həmdərddir. Bu bir ildə sevincli-kədərli günlər yaşadıq. Yeni dostluqlar quruldu, hamı bir birinə dəstək dayaq oldu. Xeyirli işlər edərək Allah qatında savablar qazanıldı. Qrupdaki hərkəsə minnətdaram. Hamının aşkar da olmasa elədiyi yaxşılıqlar var. Kim nə edibsə, bir kəlmə ilə belə olsa yaxşılıq edibsə Allah min əvəzini versin. Bizləri, biz belə bəzən birbirini çətin başadüşərkən , bizdən başqası heç anlayabilməz. Allah hərkəsin yardımçısı olsun. Doğum günümüz mübarək. Qrupda fəal olan, olmayan hərkəsə dərin təşəkkürünü bildirirəm..
26,01,2018
NEFRON qrupunun iştirakçıları Mülkü Aviasiya Muzeyində



1 Mart tarixində Nefron qrupu üzvləri Milli Aviasiya Muzeyinin və Aviasiya akademiyası nəzdində olan Heydər Əliyev Muzeyinin qonağı oldu. Milli Aviasiya Akademiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Mülki Aviasiya Muzeyi mülki aviasiyamızın dünəni və bugününü əks etdirən eksponatların toplandığı, mühafizə, nümayiş və təbliğ edildiyi müqəddəs ocaqdır. Heydər Əliyev Muzeyi 2006-cı ildə Mülki Aviasiya Muzeyi tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 80 illik yubileyi münasibətilə yaradılmışdır. 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə muzeyin ekspozisiyası yenidən işlənib dizayn edilərək tamaşaçıların ixtiyarına verilmişdir



Bakı Dövlət Sirki


NEFRON qrupunun kiçik üzvləri 16 MART tarixində dünyaca məşhur sirk ustası FİLİP DELQADO-nun Baharın 18-ci anı şousunda.
Akrobatlar
Əhilləşdirilmiş ev və vəhşi heyvanlar
Klounlar
Sehrbazlar......-
-uşaqların xatirələrində daha gözəl əvəzedilməz bir gün kimi yadda qaldı

McDonalds

Bayram ən şox balacaların sevincidir.Bizdə bu sevinci dahada artırmaq və şərik olmaq üçün 18Mart tarixində NEFRON və HEMODİALİZ qruplarının üzvləri ilə birgə McDonalds restoranlar şəbəkəsinin qonağı olduq.Yeni üzvlərlə tanışlıqlar oldu və hər an öz gözəlliyi ilə xatirələrdə qaldı



ParkCinema & KFC





Bugün, NEFRON və HEMODİALİZ qrupunun kiçik üzvləri valideynləri ilə birlikdə Park Bulvarda yerləşən Park Cinemada, `Dovşan Piter` cizgifilmini izlədikdən sonra KFC-də uşaq menyusuna dəvət olundular. kiçiklər də böyüklər də hər şeydən razı idilər. Gələnlərə də, əməyi keçənlərə də və bizi qonaq qismində qəbul edənlərə də sonsuz təşəkkürlər
PAUL cafe - France




Bugün, NEFRON və HEMODİALİZ qrupunun kiçik üzvləri valideynləri ilə birlikdə 08\04\2018 tarixdə Fransanın məşhur PAUL kafesinin qonağı oldular.Məkan rəhbərliyi tərəfindən qarşılanma yüksək xidmət ən pik səviyyədə idi.Həm uşaqlar həm valideynlər görüşdən məmnun ayrıldılar.PAUL kafe tərəfindən göstərilən təşəbbüs NEFRON qrupunun üzvləri tərəfindən alqışla qarşılandı
Təşəkkürlər PAUL
HEMODİALİZ xəstələri dərman problemi yaşayır

Azərbaycanda Hemodializ alan xəstələr artıq neçə aydır ki dializ mərkəzlərində dərman yoxluğundan əziyyət çəkirlər.Seans sonrası zəruri vurulmalı dərman preparatların heç biri heç bir mərkəzdə verilmir.Dəfələrlə Səhiyyə nazirliyinə Hemodializ xəstələri tərəfindən şikayət məktubları ünvanlansa belə göstərilən səylər nəticəsiz olaraq qalmaqdadır.
Hemodializ xəstələrinin qan faizləri hər dəfə itkiyə uğradıqdan məcburən hemoqlobinlərini ERİTROPOETİN vasitəsi ilə artırmalıdırlar.Öncələr bu dərman dövlət tərəfindən xəstələrə ödənişsiz verilirdi .Lakin son üç ay digər dərmanlarla yanaşı bu dərmanında verilməsi dayandırılıb
15.04.2018
JALAL - İ


NEFRON qrupunun üzvləri JALAL-İ kurs hazırlıqları tərəfindən onlar üçün təşkil edılmiş İngilis dili üzrə dil kursuna gedərək təhsil bazalarını dahada təkmilləşdirərək ən yüksək səviyyədə hazırlıq keçirlər.
Gələcəkdə digər qrup üzvlərinində bu və ya digər hazırlıqlar üzrə təkmilləşməsi mümkün olacaq.Hazırda NEFRON qrupunun beş üzvü həmin kursda təhsil alır.
Göstərilə qayğı və diqqətə görə kurs rəhbərliyinə Cəlal müəllimə xüsusi minnətdarlığımızı bildiririk


Bugun, böyrək transplantasiyası olunmus xəstələrə provizor kimi xidmət göstərən hörmətli Südabə xanımın doğum gününü qeyd etdik. Həm özü həm də bizlər xoş anlar yaşadıq. Bir daha doğum gününüz mübarək!!!
Happy Birthday
Bakı ZOOloji Park


NEFRON və Hemodializ qruplarının üzvləri Baki ZOOıoji parkın qonağı oldular.Zooparka gətirilmiş yeni heyvanlarla tanış olub xoş bir gün keçirtdilər
Dəvətə gərə Zoopark ın direktoru Azər müəllimə təsəkkürümüzü bildiririk
Orqan bağışla
Həyat bəxş et



4 mayda Azfar stadionunda böyrək və qaraciyər köçürülənlərlə həkimlər arasında futbol matçı baş tutub. Oyunda məqsəd əməliyyat olunan xəstələrin cəmiyyətə qayıtdığını sübut etmək olub Xəstələrin, xəstə yaxınlarının həkimlərə ünvanladığı əsas sual xəstələrin əməliyyatdan sonrakı durumu ilə bağlı olur. Əslində xəstələr əməliyyatdan sonra normal həyatlarına qayıdır. Bugünkü futbol matçı da bunun bariz sübutudur. Oyunda iştirak edən transplantlardan ikisi Arif Rüstəmov və Sahil Qasımov , İspaniyada 200 atlet arasında bürünc medal qazanıb". Oyun transplantlarin qalibiyyəti il
NEFRON-HEMODİALİZ-LİVER qrupları BURGERKİNG-də

6 mayda #Nefron, #Hemodializ və #Liver ailəsi, 28 mallda yerləşən Burger Kingdə uşaqlar üçün təşkil olunmuş tədbirdə oldular . Yeni tanışlıqlar və xoş ünsiyyət yarandı. Uşaqlar çox əyləndilər. Əlavə olaraq az təminatlı ailələr üçün 10 uşaq menyusu paketi mudiriyyət tərəfindən pay göndərildi. Bu işdə başda müdiriyyət olmaqla, Əməyi keçən və gələn hərkəsə təşəkkürlər!


NEFRON-HEMODİALİZ-LİVER qrupları Kid's Planet və Şaurma №1 -də




22 May NEFRON LİVER və HEMODİALİZ qruplarının uşaqları bir arada öncə Kids Planet əyləncə mərkəzində oyun avtomatlarında əyləndikdən sonra Şaurma №1 - in PİZZA süfrəsinin qonağı oldular.yeni tanışlıqlar kər kəsdə xoş abu hava yaradaraq xatirələrdə qaldı.Qaraciyər nəqli olmuş kiçik balalarımıza böyrək köçürənlər tərəfindən dərman yardımıda olundu.Göstərilən qonaqpərvərliyə görə Kids Planet əyləncə mərkəzinin menedjeri Nigar xanima ve SHAURMA №1-in əməkdaşları Ülkər xanım və Heydər bəyə tesəkkürümüzü bildiririk.

BakuKarting

Deyerli dostlar bugun #Hikmet doktorun ve 5 gun sonrada #Elnur doktorun ad gunu munasibeti ile qerar alindi ki bu hekimlerle yanasi #Mircelal Dr #Elder Dr #Barat Dr ve #Tariyel Dr -la bir her birine #BAKUKARTING terefinden cari ilin sonuna kimi istedikleri vaxt 1 defe olmaqla gedib kartingden istifade ede bilecekleri aciq bilet verilsin.

Azərbaycanda Qaraciyər Transplantassiyası olmuş xəstələrə dövlət tərəfindən immunosupressantların verilməsinə başlanıldı

2018-ci ilin may ayında Qaraciyər transplantassiyası keçirmiş insanlar bir araya toplaşaraq Səhiyyə Nazirliyinin qarşısında YAŞAMAQ ÜÇÜN BİR PARÇA DƏRMAN şuarı ilə aksiya keçirmişlər.Nəticədə məsələ müzakirəyə qoyularaq iyun ayının 17-si mərhələli şəkildə xəstələrə dərman verilməsi barədə problem öz həlli yolunu tapmışdır
ANADOLU Restoranı

17\06\2018-c il tarixdə NEFRON LİVER və HEMODİALİZ qruplarının az yaşlı orqan transplantassiyası keçirtmiş üzvləri ANADOLU restoranının qonağı oldular.
balacalara BigBurger Kartof Free Təbii şirə və dondurma verildi.
Bununla yanaşı böyüklərə də Kartof Free ve çay təklif edildi.
Tədbirdə qaraciyər transplantassiyası olmuş üç üzvümüzə PROGRAF dərmanı verildi.
Təşkilatçılığa görə Anadolu restoranlar şəbəkəsinin rəhbərliyinə və xüsusi ilə Həmid müəllimə təşəkkürümüzü bildiririk




24 İyunda #NEFRON qrupu üzvləri Azərbaycanın gözəl guşələrindən biri olan Quba rayonuna səfər etti. Baş tutan səfər turu çox yadda qalan və maraqlı olub. Üzvlər müxtəlif əyləncəli proqramlarda iştirak etmiş, iştirakçılar öz fərdi bacarıqlarını göstərərək, mahnı oxumuş, rəqs etmiş, şerlər səsləndirmiş və öz həyat hekayələrini paylaşmışlar. Orqan köçürülən hərkəs digər sağlam insanlar kimi normal fiziki aktivliyə malikdir.
4 iyulda #NEFRON, #HEMODIALIZ və #LIVER qruplarının üzvləri Baku Karting & Event Сenterdə çox gözəl bir gün keçirdilər. Cartingdən sonra «Rich Club & Lounge»a qonaq oldular. Baku Karting & Event Сenter, Qafqazın ən böyük, örtülü əyləncəvi Karting mərkəzidir. Hemodializdə olmaq sosial yaşama məhdudiyyətlər gətirəbilər. Amma bir çox şeyə maneə deyil. Orqan köçürənlər də (böyrək, qaraciyər və.s) digər sağlam insanlar kimi hər növ sosial yaşamın içində olabilərlər. Orqan köçürmə həyat qurtarır.


NEFRON #LIVER və #HEMODIALIZ ailələrinin kiçik üzvləri əyləncəli istirahət günü keçiriblər. Bulvarda 3 mərtəbəli nəhəng `MİRVARİ` gəmisi ilə səyahət etdikdən sona Park Bulvarda yerləşən KFC-yə qonaq oldular.

12 Avqustda #HEMODİALİZ, #NEFRON və #LIVER qruplarının kiçik üzvləri şam yeməyi üçün "SAHİL" restoranının qonağı oldular. Yeni üzvlərlə tanışlıqdan sonra, transplantasiya haqda orqan çatışmazlığından əziyyət çəkənlərə və yaxın zamanda orqan köçürüləcək olanlara əməliyyat sonrası dövr haqqında stimullaşdırıcı məlumatlar verilib . Onlar, Şam yeməyindən sonra dənizkənarı gəzintidə olublar

QƏBƏLƏ 2018

«QƏBƏLƏ».
Bugün dostlarla birlikdə QƏBƏLƏyə yola düşdük və əyləncəli səyahət sonrası bizi Vuqar Memmedov evinə dəvət etdi və bizlərə çay və yemək süfrəsi açdı. Allah sizə uzun ömür, can sağlığı versin. Allahın nəzəri ailənizin üzərində olsun. Hamı adından çox təşəkkür edirik. Ailənizə çox zəhmət verdik. Hələ yolumuz davam edir. Oğuz eli bizi gözləyir. Mütləq özümüzə zaman ayırıb əylənməli, asudə vaxt keçirməliyik.
LIVER 1 YAŞ


LİVER 1 YAŞ
Bugun Qaraciyer ve Boyrek transplantassiyasi kecirtmis insanlar #LIVERqrupunun 1 yasini #KOLORIT restoraninda kicik ziyafet masasi etrafinda bir-birine yaxin olan insanlarla gorusub gozel asude vaxt kecirderek qeyd etdiler.Gelen her kese tesekkurumu bildirirem,gele bilmeyen dostlarimiz ise InsAllah diger goruslerimizde bizlere qosular.
TOM & JERRY əyləncə mərkəzi
SANDAYBAKU sendviç evi





TOM & JERRY əyləncə nərkəzi
SANDAYBAKU sendviç evi
Sentyabr ayını 8-i və 14-ü Azərbaycanda Böyrək Qaraciyər transplantassiyası o cümlədən Hemodializdə olan uşaqlar üçün TOM & JERRY əyləncə mərkəzində təşkil olunmuş tədbirdəkiçik dostlarımız gözəl bir gün keçirtdilər.Əylənəcə ilə yanaşı əlil uşaqların qidalanmasında qeydlərinə qalan SANDAY semdviç evi kiçik dostlarımızı öz ləziz sendviç və içkiləri ilə qonaq etdilər.
Bu tədbirdə əməyi keçən bütün dostlarımıza dərin təşəkkürümüzü bildiririk.
TOM & JERRY Günel xanıma
SANDAYBAKU Əhəd müəllimə minnətdarıq
EF English First
LinE Leader in Education
Azərbaycanda yüksək səviyyədə İngilis dili kurslarını təşkil edən EF English Firskt təhsil tədris mərkəzi çox böyük humanism nümayiş etdirərək Azərbaycanda Böyrək və Qaraciyər transplantassiyası olmuş 1-ci grup əlil insanlara ödənişsiz təhsil almalarında böyük təşəbbüs göstərmişlər



FREİBURG AKADEMİE

Azərbaycanda yüksək səviyyədə Alman dili kurslarını təşkil edən Freiburg Akademie təhsil tədris mərkəzi çox böyük humanism nümayiş etdirərək Azərbaycanda Böyrək və Qaraciyər transplantassiyası olmuş 1-ci grup əlil insanlara ödənişsiz təhsil almalarında böyük təşəbbüs göstərmişlər
METROPARK PARK-CINEMA MILYONLUQ QUŞ 17.10.2018

Bugun böyrək və qaraciyər köçürülən, hemodializdə olan dostlarla ParkCinemada yenə bir aradaydıq və "Milyonluq Quş" filmini seyretdik. Aramıza yeni qoşulan dostlarla tanış olduq. Xoş anlar yaşadıq. Bu xeyir əməlinə görə rəhbərliyə hərkəs adından dərin təşəkkürmüzü bildiririk. Tədbirdə əməyi keçən və Gələn hərkəs sağolsun.

AZƏRBAYCANDA ŞƏKƏRLİ DİABETLƏ YAŞAYAN UŞAQLAR -BELLA-PİZZA- da


Bella-Pizza restoranı Azərbaycanda yaşayan Şəkərli Diabetlə xəstə olan uşaqları öz məkanlarında kiçik ziyafət masasına dəvət edərək onları gözəl asudə vaxt keçirmələri üçün böyük bir humanizm təşəbbüsü gəstərmişlər.Qonaqpərvərlik və xüsusi zövqlə hazırlanan təamlar bütün uşaqların könlünü oxşadı.
Əməyi keçən hər kəsə başda müdüriyyət olmaqla öz dərin minnətdarlığımızı bildiririk
MARANI BAKU GEORGIA


Bugün gündüz saatlarında qaraciyər və böyrək köçürülən, dializdə olan kiçik dostlarımız "MARANİ" Gürcü Restoranında Gürcü mətbəxinə aid təamlarla tanış olublar. Xoş söhbət, yeni tanışlıqlarla birlikdə maraqlı anlar yaşanıb. Göstərdikləri qonaqpərvərliyə görə rəhbərliyə təşəkkürlər.

ASTRAL BAKU

Bugün günün ikinci yarısında qaraciyər və böyrək köçürülən, dializdə olan dostlarımız "ASTRAL QORXU EVİ"ndə qorxulu, əyləncəli bir o qədər də maraqlı bir gün keçiriblər. Bizi qonaq etdikləri üçün müdiriyyətə təşəkkürlər.

Bakı Dövlət Sirki - NİKULİNİN QIZIL SİRKİ



17.11.2018-ci il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar Bakı Dövlət Sirkində NİKULİNİN QIZIL SİRKİ adlı şou programda iştirak etdilər.
Uşaqlara göstərilən təsəbbüsə görə sirk rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
AKSENT - ŞƏRİFOĞLU \CİYƏR & KƏBAB



18.11.2018-ci il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar AKSENT və ŞƏRİFOĞLU restoranlarının birgə səyi nəticəsində təşkil etdikləri ziyafətdə oldular.Göstərilən təşəbbüsə görə hər iki məkan rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.


HƏDƏF GLOBAL İngilis Dili Kursları
01.11.2018-ci il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar ingilis dili üzrə kurs hazırlığına start verdilər.HədəfGlobal kurs rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

YENİ İL


27 Dekabrda #HEMODİALİZ, #NEFRON və #LİVER qruplarının üzvləri olan qaraciyər və böyrək köçürülmüş, hemodializdə olan üzvləri, #ATƏŞGAH restoranı yeni il şənliyinə dəvət etdi. Gün çox maraqlı keçdi. Uşaqlar çox əyləndi. Onların sevinci dünyaya dəyər. Bizə qapılarını açıb, hamımıza Göstərdikləri qonaqpərvərlik, yüksək xidmət, uşaqların zövqünü oxşayan əyləncə təşkil etdiklərinə, hər bir kiçik üzvə ayrıca qayğı ilə yanaşan xoş münasibətə görə rəhbərlik başda olmaqla bütün #ATƏŞGAH kollektivinə minnətdarlığımızı bildiririk.
Daha sonra qrup üzvləri və balaca dostlarımız XVII-XVIII əsrlərdə təbii qaz çıxışı olan sönməz alovların yerində inşa edilmiş “Alov evi” və ya “Alov yeri”anlamı verən Atəşgah məbədində oldular. Məbəd müxtəlif dövrlərdə zərdüştilər, hinduistlər və siqhlər tərəfindən ibadətgah kimi istifadə edilmişdir.
Bizə göstərdiyi maddi yardım üçün Mishulya İrina Əyyubzadə Xanima və Bu işi təşkil edən üzvümüzə sonsuz təşəkkürlər. Onun əziyyəti, səyi nəticəsində uşaqların və valideynlərin üzü gülür. Yeni ilimiz mübarək dostlar. Bu yeni il hamımıza firavanlıq və sağlamlıq gətirsin


YENİ İL TAMAŞALARI

31.12.2018-ci il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar yeni ildə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Peppa və Dostları", Rus Dram Teatrında da "Düyməcik" tamaşasında olublar. Hər iki teatr rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.



ZooLand



04.01.2019-ci il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar 4 yanvarda "ZOOLAND" uşaq əyləncə mərkəzi (heyvanlarla ünsiyyət)də yadda qalan bir gün keçiriblər. Daha sonra məkanın restoranında nahar ediblər. Bütün uşaqlar çox əyləniblər ZooLand rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.
İNTELLEKT - kursları

05.01.2019-cu il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar Bu kompyuter kursunu muvəffəqiyyətlə bitirdikləri üçün sertifikatlarını aldılar.
İNTELLEKT_KURSLARI rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.


Каждый день мы наталкиваемся на объявления с призывами о помощи – больным детям, детям-сиротам, людям с ограниченными возможностями, семьям, живущим за чертой бедности. Просматриваем, читаем, и с болью понимаем, что не в состоянии полностью решить проблемы даже одного из этих людей. Но значит ли это, что не стоит даже пытаться? Ведь иногда даже небольшая инициатива может сделать мир чуточку лучше.
Продолжаю жить, верить в Бога и поддерживать других. История Ильгара Гаджиева, пережившего пересадку почки
Ильгар Гаджиев
.jpg)
Ильгар Гаджиев
NEFRON -2 YAŞ

02.02.2019-cu il tarixdə NEFRON qrupunun
iki yaşı PIT STOP kafesində Azərbaycanda Böyrək Qaraciyər transplantassiyasi olmuş o cümlədən Hemodializ alan insanların bir araya toplaşmalrı ilə qeyd edildi.Yeni tanışlıqkar xoş ünsiyyət hərkəsin ürəyini oxşayan məkan bütün üzvlərin daha gözəl bir arada zaman keçirmələrinə vəsilə oldu


UŞAQLARA SEVGİ BƏXŞ EDƏK

14.02.2019-cu il tarixdə Azərbaycanda Böyrək Qaraciyər köçürülən o cümlədən Hemodializ alan uşaqlar ilk öncə BakuMall əyləncə mərkəzində əyləndilər daha sonra HopStop kafesində nahar masasına dəvət olundular hər iki məkan rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk.

ŞAHDAĞ TURU 01.03.2019




1 Martda, İlqar Hacıyevin təşkilatçılığı ilə möhtəşəm Şahdağ tərdbiri gerçəkləşdi. Hər şey çox gözəl idi. Üzvlər çox əyləndilər.
Orqan köçürülmüş və hemodializdə olan uşaqlar kanatdan, xizəkdən ödənişsiz istifadə ettilər və onlara müəssəsə tərəfindən çay süfrəsi ikram edildi. Həmçinin onlar təmənnasız dönər, ayran, hamburger, qoğal,bulka və meyvə ilə təmin olundular.
Bu tədbiri təşkil edən başda İlqar Bəy və Şahdağ Turizm Mərkəzinin rəhbərliyi olmaqla, Böyük Fırat, Viva Desert, Meyvəli, Bakı Gecələri Restoranı, Cratos Lounge & Restoranı rəhbərliklərinə təşəkkür edirik.
İŞIQLI KUKLALAR ŞOUSU
Bugün, #ASAN_RADIO təşkilatçılığı ilə, orqan köçürülən və hemodializ alan uşaqlar Heydər Əliyev Sarayında nümayiş edilən "İşıqlı Kuklalar Şousu"na tamaşa etdilər. Bu xeyirxah işə vəsilə olan Kəmalə Onur Xanıma və balacalarımızın sevincinə səbəb olub, bizi qonaq edən Anar Bəyə dərin təşəkkürümüzü bildiririk.
Sonda onu da Qeyd edim ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb olacaq bir şoudur.
Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir. Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dən çox kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov 20-dən çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır. Hansılar ki, yenilikçi yaradıcılıq fəaliyyəti və peşakar ifaçılığına görə bir çox beynəlxalq mükafatlara layiq görülüb.

NOVRUZ BAYRAMI 2019



AZƏRBAYCANDA ORQAN NƏQLİ OLMUŞ O CÜMLƏDƏN HEMODİALİZDƏ OLAN UŞAQLAR 24.03.2019-CU İL TARİXDƏ NOVRUZ BAYRAMI MÜNASİBƏTİ İLƏ BALACALARI MƏKANLARINA DƏVƏT EDİBLƏR.XOŞ ƏHVAL RUHİYYƏLİ UŞAQLAR ASUDƏ VAXTLARINI BİRLİKDƏ KEÇİRƏRƏK UNUDULMAZ BİR GÜN YADDAŞLARINA HƏKK ETDİLƏR

ZİYARƏTLƏRƏ SƏFƏRİMİZ

AZƏRBAYCANDA ORQAN NƏQLİ OLMUŞ O CÜMLƏDƏN HEMODİALİZDƏ OLAN İNSANLAR 07.04.2019-CU İL TARİXDƏ ABŞERONDA YERLƏŞƏN 4 ZİYARƏTGAHA SƏFƏR ETDİLƏR
ALLAH HƏR KƏSİN ZİYARƏTİNİ DUA VƏ İBADƏTİNİ QƏBUL ETSİN
MOUNTAİN NEWS QƏZETİ
AZƏRBAYCANDA ORQAN NƏQLİ OLMUŞ O CÜMLƏDƏN HEMODİALİZDƏ OLAN İNSANLAR 03.03.2019-CU İL TARİXDƏ ŞAHDAĞ TURİZM KOMPLEKSİNDƏ OLMALARI HAQQDA MOUNTAİN NEÜS QƏZETİNDƏ MƏQALƏ DƏRC OLUNUB

GİTARA KURSU

AZƏRBAYCANDA ORQAN NƏQLİ OLMUŞ O CÜMLƏDƏN HEMODİALİZDƏ OLAN UŞAQLAR 11.03.2019-CU İL TARİXDƏ ÖDƏNİŞSİZ GİTARA KURSUNA GÖNDƏRİLDİLƏR
HƏDƏF GLOBAL KURSU
QRUP ÜZVÜMÜZ MƏMMƏDSALAYEV KƏNAN 6 AY MÜDDƏTİNDƏ HƏDƏF GLOBAL KURSLARINDA İNGİLİS DİLİNƏ YİYƏLƏNMİŞ VƏ İMTAHANDAN 81 BAL TOPLAYARAQ B1 SƏVİYYƏSİNİ BİTİRMİŞDİR

--------------------------------------------------------------